Ukraynada Kosmik Qüvvələr yaradılır
hadiseler.info xəbər verir ki, Ali Rada Ukrayna Silahlı Qüvvələri daxilində Kosmik Qüvvələrin yaradılması haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.
Şərqi Avropa bürosunun məlumatına görə, ölkə parlamenti sənədi noyabrın 9-da keçirilən iclasda qəbul edib.
Qanun layihəsi Rusiya ordusunun “Oreşnik” raketi də daxil olmaqla, raket təhdidlərinə qarşı mübarizə, öz hərbi peykləri – kəşfiyyat, Rusiya qoşunlarının müşahidəsi və orbitdən məlumatların əldə edilməsi üçün imkanlar, Silahlı Qüvvələrin yeni bir qolu – Kosmik Qüvvələrin Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri ilə eyni səviyyədə yerləşdirilməsi təklifini əhatə edir.
No Comment! Be the first one.