Ukraynadan Tatarıstana PUA hücumu: Ölənlərin sayı 13-ə çatdı
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Tatarıstan Respublikasına pilotsuz uçuş aparatları (PUA) ilə təşkil etdiyi hücum nəticəsində həlak olanların sayı 13 nəfərə yüksəlib.
hadiseler.info xəbər verir ki, bu barədə Tatarıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hücum zamanı yaralananların sayısı 48 nəfərə çatıb. Xəsarət alanlar dərhal xəstəxanalara yerləşdirilib və onlara zəruri tibbi yardım göstərilir.
Hücum xüsusilə Nijnekamsk şəhərindəki sənaye və mülki obyektləri hədəf alıb. Hadisə ilə əlaqədar Tatarıstan rəhbəri Rüstəm Minnixanovun qərarı ilə respublika ərazisində matəm elan olunub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən bildirilib ki, hücumdan sonra Aşağı Kamensk, Naberejnıye Çelnı, Yelabuga, Çistopol və Zainsk şəhərlərində tətbiq edilən PUA təhlükəsi rejimi artıq ləğv olunub.
No Comment! Be the first one.