Ukraynanın Xarkov şəhərində güclü partlayış baş verib
Ukraynanın şərqində yerləşən Xarkov şəhərində şiddətli partlayış səsi eşidilib.
hadiseler.info xəbər verir ki, bu barədə Ukraynanın “İctimai.Xəbərlər” (“Obşestvennoye”) nəşri məlumat yayıb.
Məlumata görə, hazırda Xarkov vilayəti ilə yanaşı Dnepropetrovsk, Poltava, Sumı və Çerniqov vilayətlərində də hava həyəcanı siqnalı elan olunub. Əhaliyə sığınacaqlara çəkilmək və təhlükəsizlik qaydalarına əməl etmək tövsiyə edilib.
Hadisənin təfərrüatları, dağıntı və ya tələfat barədə hələlik rəsmi açıqlama verilməyib.
No Comment! Be the first one.