Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Ərdoğan Azərbaycana səfərə gəlib
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Ərdoğan Azərbaycana səfərə gəlib
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Cəmiyyət

Valideynlərin rotavirus narahatlığı: Uşaqlar əsasən harada və necə yoluxurlar?

Oktyabr 30, 2026
32 Views

Son günlər uşaqlar arasında rotavirus infeksiyası ilə bağlı narahatlıqlar artır.

Hadiseler.info xəbər verir ki, bu barədə sosial şəbəkədə müzakirələr aparılıb.

Valideynlər övladlarında qusma, ishal və yüksək hərarətlə müşayiət olunan bu virusun xüsusilə azyaşlı uşaqlar üçün ciddi təhlükə yaradacağından narahatlıqlarını bildiriblər. Qeyd edilir ki, uşaqlar arasında yayılan bu virusun rotavirus olduğu bildirilib.

Bəs hazırda Azərbaycanda rotavirusa yoluxma hallarının artması müşahidə olunurmu? Hansı yaş qrupunda olan uşaqlar daha çox risk altındadır? Valideynlər hansı əlamətlər zamanı təcili həkimə müraciət etməlidirlər?

Hadiseler.info-ya açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, rotavirus infeksiyası payız-qış mövsümündə artmağa başlayır.

Həkim qeyd edib ki, digər virus infeksiyalarında olduğu kimi, rotavirusa da bu dövrdə daha çox rast gəlinə bilər.

“Hazırda daha çox kəskin respirator virus infeksiyaları (KRVİ) ilə qarşılaşırıq. Rotavirus infeksiyası ilə bağlı müraciətlər isə hələlik çox deyil. Lakin artıq mövsüm başladığı üçün bu xəstəliyin də artacağı gözlənilir.

Rotavirus infeksiyasının yayılması, əsasən, məktəb və bağçaların fəaliyyətə başlaması ilə əlaqədardır. Xüsusilə bağça yaşlı və məktəbəqədər uşaqlar arasında, onların bir-biri ilə sıx təması nəticəsində yoluxma halları artır. Xəstəliyə ən çox bağça yaşlı uşaqlarda rast gəlinir və bu yaş qrupunda infeksiya daha ağır keçə bilər.

Xəstəlik yüksək hərarət, qusma və ishal əlamətləri ilə müşahidə olunur. Ən təhlükəli məqam isə orqanizmin susuzlaşması, yəni dehidratasiya prosesidir. Uşaq qusma və ishal nəticəsində çoxlu maye itirir. Üstəlik, qusma səbəbindən su içməkdə də çətinlik çəkə bilər. Bu isə susuzlaşma riskini daha da artırır.

Belə hallarda uşağa mayeni az miqdarda, lakin tez-tez vermək lazımdır. Məsələn, bir dəfəyə çox su içirmək əvəzinə, kiçik qurtumlarla maye qəbul etməsi daha məqsədəuyğundur. Çünki çox miqdarda maye qəbul etdikdə uşaq yenidən qusa bilər. Ehtiyac yarandıqda isə itirilmiş mayenin bərpası üçün venadaxili infuziya tətbiq olunur.

Rotavirus infeksiyasının spesifik müalicəsi yoxdur. Müalicə, əsasən, simptomatik xarakter daşıyır. Hərarətsalıcı preparatlardan, ehtiyac olduqda isə infuzion məhlullardan istifadə edilir. Həmçinin qusma və ishalın azaldılması, maye itkisinin qarşısının alınması məqsədilə həkim göstərişi ilə müvafiq dərman preparatları təyin oluna bilər.

Ümumiyyətlə, istər kəskin respirator virus infeksiyaları, istərsə də rotavirus zamanı uşağın istirahət etməsi vacibdir. Xəstə uşaq fiziki aktivliyini azaltmalı, bağçaya və ya məktəbə getməməli, soyuq havada uzun müddət qalmamalıdır. Orqanizmin enerjisini bərpa prosesinə yönəltməsi üçün istirahət rejiminə əməl etmək lazımdır.

Uşağı yemək yeməyə məcbur etmək də düzgün deyil. Əgər iştahası yoxdursa, onu qidalanmağa məcbur etmək lazım deyil. Lakin maye qəbuluna xüsusi diqqət yetirilməlidir. Xüsusilə rotavirus infeksiyası zamanı itirilən mayenin bərpası olduqca vacibdir. Yemək yox, maye vacibdir.

Rotavirus yoluxması isə fekal-oral mexanizmlə, yəni çirkli əllər və yoluxmuş səthlər vasitəsilə meydana gəlir. Virus, əsasən, bağırsaqda olur və nəcislə xaric olunur. Rotavirusa yoluxmuş uşağın əlləri, geyimi və ətrafdakı əşyalar çirklənə bilir, digər uşaqlar da həmin səthlərə və əşyalara toxunduqda virus onlara da yoluxa bilir.

Azyaşlıların şəxsi gigiyena qaydalarına tam əməl edə bilməməsi, əllərini düzgün yumaması yoluxma riskini artırır. Bu səbəbdən rotavirus infeksiyası xüsusilə uşaq kollektivlərində daha sürətlə yayıla bilər”, – deyə M.Əliyev bildirib.

Tags:

bağçainfeksionistMəktəbMərdan Əliyevrotavirusuşaqlar

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib – Siyahı

Next

Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür edib

Next
Oktyabr 30, 2026

Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür edib

Previous
Oktyabr 30, 2026

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib – Siyahı

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Cəmiyyət
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Ayla
Noyabr 8, 2026
Cəmiyyət
Tarixi qələbənin altıncı ili – Azərbaycanda Zəfər Günü qeyd olunur
Ayla
Noyabr 7, 2026
Cəmiyyət
Deputat:“Kuryerlər də vergi rejiminə cəlb olunsunlar”
Ayla
Noyabr 6, 2026
Cəmiyyət
Bakı metrosunun əsas stansiyalarından biri yenidən qurulacaq
Ayla
Noyabr 6, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Noyabr 8, 2026
Ərdoğan Azərbaycana səfərə gəlib
Noyabr 8, 2026
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Noyabr 8, 2026

Top kateqoriyalar

Dünya 1184
Siyasət 645
Hadisə 618
Cəmiyyət 353

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya