Vasif Talıbov da YAP Veteranlar Şurasından uzaqlaşdırıldı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının tərkibindən çıxarılıb.
hadiseler.info xəbər verir ki, bu barədə qərar YAP-ın yeni seçilmiş İdarə Heyətinin keçirilən ilk iclasında qəbul olunub. Vasif Talıbov Veteranlar Şurasının yeni tərkibinə daxil edilməyib.
Qeyd edək ki, Vasif Talıbov 1995–2022-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb.
Xatırladaq ki, həmin iclasda Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev də YAP Veteranlar Şurasından çıxarılıb.
No Comment! Be the first one.