Volodimir Zelenski Ceyhun Bayramovu qəbul etdi
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb. Bu, müharibə başlanandan bəri Azərbaycan XİN rəhbərinin Ukraynaya ilk səfəridir.
Hadisələr.info xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.
Zelenski qeyd edib ki, Ceyhun Bayramov səfər proqramına İrpin şəhərindən başlayıb və burada Azərbaycanın dəstəyi ilə fəaliyyətini bərpa edən təhsil, səhiyyə və reabilitasiya müəssisələrinə baş çəkib.
“Ölkəmiz və xalqımız üçün bu çətin günlərdə Ukraynaya gələrək bizə dəstək göstərmək imkanı tapdığınıza görə sizə dərin təşəkkürümü bildirirəm. Xalqımızla həmrəy olduğunuza görə təşəkkür edirəm”, – deyə Zelenski vurğulayıb.
Görüş zamanı Ukrayna Prezidenti Azərbaycanlı diplomata Rusiyanın davam edən hərbi əməliyyatları, Qara dəniz regionundakı cari vəziyyət və taxıl dəhlizi ətrafında yaranmış problemlər barədə məlumat verib. Tərəflər ali səviyyəli diplomatik münasibətləri, müdafiə sahəsində əməkdaşlıq imkanlarını, həmçinin energetika, neft-qaz və kənd təsərrüfatı sektorlarında iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə ediblər.
Zelenski sonda göstərdiyi humanitar və energetik yardımlara, eləcə də qurulan konstruktiv dialoqa görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib.


No Comment! Be the first one.