Vüqar Zifəroğlu Mətbuat Şurasının yeni sədri seçildi
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının yeni sədri və İdarə Heyətinin tərkibi müəyyənləşib.
hadiseler.info xəbər verir ki, qurultay çərçivəsində baş tutan səsvermənin nəticələrinə əsasən, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçilib.
Bundan başqa, səsvermə nəticəsində Mətbuat Şurasının 14 jurnalist və 9 ictimaiyyət nümayəndəsindən ibarət olmaqla, ümumilikdə 23 nəfərlik yeni İdarə Heyəti formalaşdırılıb.
No Comment! Be the first one.