Vüsal Nəsirli özünə müşavir təyin etdi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr dəyişikliyi baş verib.
hadiseler.info “Unikal”a istinadən xəbər verir ki, AAYDA İdarə Heyətinin sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Emin Quliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Emin Quliyev bu təyinata qədər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Təminat, təchizat və təsərrüfat departamentinin müdir müavini kimi fəaliyyət göstərib.

No Comment! Be the first one.