Xəzərdə 12 hərbçi həlak oldu: Fasiləsiz axtarışlar davam edir
Qazaxıstanın Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı itkin düşən iki hərbçinin axtarışları fasiləsiz olaraq davam etdirilir.
hadiseler.info xəbər verir ki, Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərlik etdiyi Hökumət Komissiyası fövqəladə hadisə yerində işini davam etdirir.
Kanat Bozumbayev bütün zəruri qüvvə və vasitələrin cəlb olunması ilə itkin düşən hərbçilərin gecə-gündüz, fasiləsiz axtarılmasını tapşırıb. Həmçinin həlak olan hərbçilərin ailələrinə zəruri maddi və digər yardımların göstərilməsi ilə bağlı xüsusi göstəriş verilib.
Dəqiqləşdirilmiş məlumata əsasən, təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı meteoroloji şəraitin kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində 17 hərbçini dənizdə axın aparıb. Hadisə nəticəsində onlardan 12-si həlak olub, 3 nəfəri xilas etmək mümkün olub. İki hərbçinin axtarış-xilasetmə tədbirləri isə sürüdürülür.
Qazaxıstanın Müdafiə Nazirliyi Manqistau vilayətindəki təlimlərdə həlak olan hərbçilərin siyahısını açıqlayaraq onların doğmalarına və yakınlarına dərin hüznlə başsağlığı verib. Səlahiyyətli dövlət orqanları tərəfindən hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.
No Comment! Be the first one.