Xalq artisti əməliyyat olundu
Azərbaycanın Xalq artisti Ramiz Həsənoğlunun səhhətində problem yaranıb.
hadiseler.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı məlumat yayıb.
Bildirilib ki, tibb müəssisəsinə müraciət edən sənətkar hospitalda aparılan müayinələrdən sonra cərrahi əməliyyat olunub. Uğurla başa çatan əməliyyatdan sonra vəziyyəti yaxşılaşan və müalicə kursu tamamlanan Ramiz Həsənoğlu artıq evinə yola salınıb.
No Comment! Be the first one.