Xamenei xalqa müraciət etdi
İranda yeni tədris ilinin başlaması münasibətilə ölkənin Ali Rəhbəri Əli Xamenei şagird və tələbələrə müraciət ünvanlayıb.
hadiseler.info xəbər verir ki, müraciət İRAN-ın IRIB telekanalı vasitəsilə yayımlanıb.
Ali Rəhbər müraciətində bilik və əxlaqın əhəmiyyətini vurğulayaraq deyib:
“Dünya sisteminin, xüsusilə ABŞ hökuməti və İsrailin hərbi hücumlarının tüğyan etdiyi bir dövrdə, təqva və əxlaqla birləşən bilikdən doğan güc təcavüzkarların əllərini bəşəriyyətdən kəsmək üçün polad sipər və iti qılıncdır”.
Müraciətdə məktəblərə yeni qədəm qoyan gənclərə səslənilərək, onların vətənin müdafiəsi uğrunda mübarizə aparan əvvəlki nəsillərin yolunu davam etdirdikləri bildirilib:
“İndiki şagirdlər bir qədər əvvəl həmin məktəb partalarında əyləşən, indi isə vətənin və şərəfin müdafiəsi uğrunda müxtəlif cəbhələrdə izzət və iqtidar yaradan nəsillərin yolunu davam etdirirlər. Həmin qəhrəmanlar və onlardan əvvəl eyni sinif otaqlarında əyləşərək ölkənin əzəmət simvoluna çevrilən fədakar şəxsiyyətlər gənclər üçün əbədi mayak və örnək olacaqlar”.
No Comment! Be the first one.