XİN-in əməkdaşları “Qələbə qaçışı”nda iştirak ediblər
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 6-cı ildönümünə həsr olunmuş ənənəvi “Qələbə qaçışı”nda iştirak ediblər.
hadiseler.info xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesablarında məlumat paylaşılıb.
“Zəfərimizin qürurunu, milli birliyimizi və həmrəyliyimizi əks etdirən bu əlamətdar tədbirdə iştirak etməkdən məmnunuq! Yaşasın qalib Azərbaycan”, – paylaşımda bildirilib.
No Comment! Be the first one.