Xocalının Seyidbəyli kəndində 34 ildən sonra ilk toy baş tutub-FOTOLAR
Xocalı rayonunun Seyidbəyli kəndində 34 illik fasilədən sonra ilk toy mərasimi keçirilib.
hadiseler.info “Report”a istinadən xəbər verir ki, kənddə müharibə iştirakçısı Sərdar Ramazanov ailə həyatı qurub. Qeyd olunub ki, bəy Sərdar Ramazanov 44 günlük Vətən müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərin iştirakçısı olub. Toy mərasiminə qatılan kənd sakinləri və müxtəlif bölgələrdən gələn qonaqlar gənc ailəyə xeyir-dua veriblər. Mərasimdə bu günlərin yaşanmasını gerçəyə çevirən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, qazilərə minnətdarlıq ifadə olunub.






No Comment! Be the first one.