Yanan maşındakı ata və oğul xilas edildi – VİDEO
Bakı-Şamaxı magistral yolunda hərəkətdə olan avtomobildə yanğın baş verib.
hadiseler.info xəbər verir ki, hadisə bu gün saat 09:30 radələrində yolun 93-cü kilometrliyində qeydə alınıb.
Ərazidə xidmət aparan YPX Alayının əməkdaşları hərəkətdə olan “Ford” markalı avtomobildə tüstüləmə müşahidə edərək nəqliyyat vasitəsini stasionar postda saxlayıblar. Avtomobildə yanma aşkar edildiyindən yol polisinin operativ müdaxiləsi ilə sürücü Kənan Abdullayev və səhhətində problem olan atası dərhal nəqliyyat vasitəsindən kənarlaşdırılaraq xilas ediliblər.
Alay əməkdaşlarının çevikliyi sayəsində şiddətlənən alov söndürülüb və avtomobilin tamamilə yanaraq sıradan çıxmasının qarşısı alınıb.
Baş Dövlət Yol Polisi İdarəsi analoji hadisələrin artmasını nəzərə alaraq, bir daha sürücülərə müraciət edib. BDYPİ sürücülərdən avtomobillərinin texniki sazlığını daim diqqətdə saxlamağı və uzaq səfərlərdən öncə nəqliyyat vasitələrini texniki müayinədən keçirməyi xahiş edir.
No Comment! Be the first one.