Yardımlıda keçmiş məhkumlarda 16 kiloqram narkotik vasitə aşkarlanıb- VİDEO
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat həyata keçirilib.
hadiseler.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, keçirilən tədbirlər nəticəsində hər üçü əvvəllər məhkum olunmuş V.Şahbazov, İ.Abışov və N.Məmmədli saxlanılıblar.
Həmin şəxslərdən ümumilikdə:
16 kiloqram narkotik vasitə,
1340 ədəd narkotik tərkibli həb aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-araşdırma tədbirləri davam etdirilir.
No Comment! Be the first one.