Yardımlının yeni icra başçısı kimdir?
Prezident İlham Əliyevin Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Məmmədovun tərcümeyi-halı məlum olub.
hadiseler.info xəbər verir ki, O.Məmmədov bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.
Yeni icra başçısının dosyesi:
Yaşı: 37 yaşlı məmur daha əvvəl Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısı Aparatının hüquq şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.
Təhsili: Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinin məzunudur, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantıdır.
Ailə vəziyyəti: Evlidir, dörd övladı var.
No Comment! Be the first one.