Yasamalda avtomobil yanıb- VİDEO
Bakı şəhərinin Yasamal rayonunda nəqliyyat vasitəsinin alovlanması ilə nəticələnən hadisə baş verib.
hadiseler.info Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, hadisə Hüseyn Cavid prospektində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilində qəfildən yanğın başlayıb.
Ərazidə xidmət aparan polis əməkdaşları dərhal yolda təhlükəsizlik tədbirləri görərək yanğına müdaxilə ediblər. Operativ tədbirlər sayəsində alovlanmanın qarşısı vaxtında alınıb.
No Comment! Be the first one.