Yasamalda məktəbdə 7-ci sinif şagirdi pəncərədən yıxılaraq ölüb
Bakının Yasamal rayonundakı 225 nömrəli tam orta məktəbdə ağır bədbəxt hadisə baş verib. Məktəbin 7-ci sinif şagirdi binanın 4-cü mərtəbəsinin pəncərəsindən yıxılaraq həlak olub.
hadiseler.info xəbər verir ki, hadisə saat 10:30 radələrində qeydə alınıb. Araşdırma zamanı 2014-cü il təvəllüdlü G.D.-nin intihar etməsi məlum olub. Məlumata görə, yeniyetmə qız anasının 2024-cü ildə vəfatından sonra psixoloji pozuntu yaşayıb və uzun müddət müalicə alıb. Onun atası da psixoloji problemi ilə əlaqədar 2-ci qrup əlildir. Şagirdin xalasının himayəsində yaşadığı bildirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, dərhal təcili tibbi yardım çağırılsa da, aldığı xəsarətlər nəticəsində şagird dünyasını dəyişib. Məsələ nəzarətə götürülüb və araşdırmalara başlanılıb. TƏBİB-dən isə bildirilib ki, çağırış ünvanına gələn təcili yardım briqadası azyaşlının həkiməqədər ölüm faktını qeydə alıb.
No Comment! Be the first one.