Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlanılıb- FOTO
Paytaxtın Yasamal rayonunda yerləşən orta məktəblərdən birində yanğın törətməyə cəhd göstərilib.
hadiseler.info xəbər verir ki, daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən dərhal operativ tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Məhəmməd İsmayılov, eləcə də həmin məktəbin 10 və 11-ci sinif şagirdi olan daha 5 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq-araşdırma tədbirləri davam etdirilir.

No Comment! Be the first one.