ABŞ təyyarəsində bomba həyəcanı: İsraildə təcili eniş etdi — VİDEO
ABŞ-nin “Delta Air Lines” aviaşirkətinə məxsus sərnişin təyyarəsinə bomba qoyulması barədə anonim məlumat daxil olub.
hadiseler.info İsrailin “Cursorinfo” nəşrinə istinadən xəbər verir ki, “DL234” reysi ilə uçan təyyarə xəbərdarlıqdan sonra İsrailin Ben-Qurion beynəlxalq hava limanına təcili eniş edib.
Təyyarə hava limanına təhlükəsiz şəkildə eniş etdikdən dərhal sonra bütün sərnişinlər və heyət təxliyə olunub. Təhdidlə bağlı məlumatın ABŞ-dən daxil olduğu, yoxsa təyyarə İsrailə çatdıqdan sonra verildiyi hələlik dəqiqləşdirilməyib.
Hazırda təyyarə xüsusi mühafizə olunan təcrid olunmuş əraziyə çəkilib, təhlükəsizlik qüvvələri tərəfindən göyərtədə və baqaj bölməsində genişmiqyaslı axtarış-yoxlama tədbirləri həyata keçirilir.
Hadisənin təfərrüatları araşdırılır.
No Comment! Be the first one.