Park halındakı maşın restorana çırpıldı- VİDEO
İstanbulun Esenyurt rayonunda sürücünün idarəetmədən çıxardığı avtomobil park halındakı maşına çırpılıb, zərbənin gücündən həmin maşın obyekti yararaq daxilə girib.
hadiseler.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə Koza məhəlləsi, Atatürk bulvarında baş verib.
Nəqliyyat vasitəsini idarə edən qadın sürücü idarəetməni itirərək yol kənarında saxlanılan “61 AAV 706” dövlət qeydiyyat nişanlı minik avtomobilinə çırpılıb. Qəzanın şiddətindən savrulan maşın böyük sürətlə yol kənarındakı restorana daxil olub.
Dəhşətli insident iş yerinin təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb. Görüntülərdə qəza anında dükkanda əyləşib yemək yeyən müştərinin faciədən təsadüfən və son anda xilas olduğu görünür.
İnsident nəticəsində xəsarət alan olmasa da, həm dükkana, həm də hər iki avtomobilə ciddi maddi ziyan dəyib. Hadisə şahidləri və obyekt sahibi zərbə zamanı güclü sarsıntı yaşadıqlarını, şok keçirən qadın sürücünün isə avtomobilin əyləc sisteminin sıradan çıxdığını bildirdiyini qeyd ediblər.
Faktla bağlı polis əməkdaşları tərəfindən protokol tərtib olunub, araşdırma aparılır.
No Comment! Be the first one.