Yeniyetmə qız Kür çayında batdı
Kür çayında yeniyetmə qız batıb.
Hadisələr.info “Report”a istinadən xəbər verir ki, hadisə çayın Samux rayonundan keçən hissəsində qeydə alınıb.
Gəncə şəhəri Məhsəti qəsəbə sakini, yaş həddi təxminən 16-17 olan yeniyetmə qız (şəxsiyyəti dəqiqləşdirilir) çayın Yenikənd kəndi ərazisindən keçən hissəsində suda boğulub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən yeniyetmənin meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.