Yevlaxda qəzada həlak olanların qardaş olduğu məlum oldu
Yevlax rayonunun Salahlı kəndi ərazisində baş verən ölümlü yol-nəqliyyat hadisəsinin təfərrüatı bəlli olub.
hadiseler.info xəbər verir ki, Aqşin Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Akif Hacıyevin idarə etdiyi “Naz Lifan” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində həyatını itirənlər qardaşdırlar.
Qəza zamanı “Naz Lifan”ın sürücüsü Akif Hacıyev və onun qardaşı, 1970-ci il təvəllüdlü Sabir Hacıyev hadisə yerində dünyasını dəyişiblər. Avtomobildə olan digər sərnişinlər — sürücünün oğlu Əli Hacıyev, qardaşı oğlanları Elcan Hacıyev, Nihad Hacıyev, həmyerliləri Rza Xurşudov və “Mercedes”in sürücüsü Aqşin Hüseynov xəsarət alaraq Yevlax və Mingəçevir xəstəxanalarına yerləşdiriliblər.
Fakt üzrə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.
No Comment! Be the first one.