Yol polisindən sürücülərə mühüm müraciət
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) nəqliyyat vasitələrindən atmosferə atılan zərərli tullantıların miqdarının azaldılması və qarşısının alınması məqsədilə aidiyyəti qurumlarla birgə növbəti dəfə “Təmiz hava” aylığına start verib.
hadiseler.info xəbər verir ki, preventiv xarakter daşıyan tədbirin əsas hədəfi yalnız normadan artıq zərərli maddələr ixrac edən avtomobillərin istismarını məhdudlaşdırmaq deyil. Eyni zamanda, sürücülər, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər arasında nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, insanların həyat və sağlamlığına vurduğu zərərlər barədə geniş maarifləndirmə işləri aparmaqdır.
Baş Dövlət Yol Polisi İdarəsi cəmiyyətin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə bir daha sürücülərə, avtonəqliyyat vasitələrinə sahib fiziki və hüquqi şəxslərə müraciət edərək avtomobilləri texniki cəhətdən saz vəziyyətdə saxlamalarını xahiş edir. BDYPİ həmçinin xatırladır ki, bu sahədə yol verilən qayda pozuntuları qanunvericiliklə inzibati məsuliyyət yaradır.
No Comment! Be the first one.