Yunanıstanda aviaşou zamanı qırıcı təyyarə qəzaya uğradı-VİDEO
Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə beynəlxalq aviaşou zamanı qəzaya uğrayıb.
hadiseler.info xəbər verir ki, hadisə Afinada keçirilən “Athens Flying Week – Tanagra International Air Show 2026” tədbirinin ilk günündə, Tanaqra aviabazasında baş verib.
İlkin məlumatlara görə, ikinəfərlik “F-4 Phantom” təyyarəsi manevr edərkən yüksek sürətlə ötmə əməliyyatı yerinə yetirməyə çalışarkən idarəetməni itirərək yerə çırpılıb. Hadisə yerinə dərhal təcili tibbi yardım, yanğınsöndürmə briqadaları və xilasedici helikopterlər cəlb olunub.
Ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir, ekipajın taleyi barədə hələ ki rəsmi məlumat verilməyib.
No Comment! Be the first one.