Yəməndə gərginlik pik həddə: Husilərə qarşı 181 hərbi əməliyyat keçirildi
Yəmən Silahlı Qüvvələri son 24 saat ərzində “Ənsar Allah” hərəkatının husilərinə qarşı 181 hərbi əməliyyat həyata keçirib.
hadiseler.info xəbər verir ki, bu barədə Yəmən ordusunun rəsmi nümayəndəsi, polkovnik Macid ən-Nüzeyli məlumat verib.
Ordunun rəsmi nümayəndəsinin sözlərinə görə, əməliyyatlar pilotsuz uçuş aparatları, artilleriya və reaktiv yaylım atəş sistemlərindən istifadə edilməklə təşkil olunub. Zərbələr nəticəsində husilərin onlarla döyüşçüsü məhv edilib və yaralanıb, həmçinin çoxlu sayda hərbi texnika ilə silah-sursat anbarları sıradan çıxarılıb.
Hərbi əməliyyatlar Taiz şəhəri ətrafı, Hudeyda, Əbyən, Marib və Əd-Dali əyalətləri də daxil olmaqla təmas xəttinin müxtəlif istiqamətlərində intensiv şəkildə davam etdirilib.
Qeyd edək ki, Yəməndə hökumət qüvvələri ilə husilər arasında qarşıdurma 2014-cü ilin avqustundan davam edir. Husilərin Qırmızı dəniz sahilində yerləşən Moha limanına kütləvi raket zərbəsi endirməsindən sonra limanın fəaliyyəti tamamilə dayandırılıb.
No Comment! Be the first one.