Yəmənə 48 saatda 129 zərbə: Husilər cavab verəcəklərini bəyan etdilər
Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri Yəməndə husilərin nəzarətində olan ərazilərə kütləvi aviazərbələr endirib.
hadiseler.info xəbər verir ki, bu barədə Yəmənin “Ənsar Allah” hərəkatının rəsmi hərbi nümayəndəsi Yəhya Səriya bəyanat verib.
Məlumatda bildirilir ki, son iki gün (48 saat) ərzində Səudiyyə aviasiyası Təz, Mərib, Əl-Hudeydə, Əl-Cauf, Səada, Əmran və Həccə əyalətlərini hədəf alaraq ümumilikdə 129 zərbə endirib. Husilərin nümayəndəsi qeyd edib ki, hücumlar Səudiyyə Ərəbistanının Xamis-Muşayt və Ət-Taifdəki hərbi bazalarından havalanan “F-15” və “Typhoon” qırıcı təyyarələri tərəfindən həyata keçirilib.
“Ənsar Allah” nümayəndəsi Yəhya Səriya endirilən bu kütləvi aviazərbələrin cavabsız qalmayacağını və hücumlara adekvat cavab verəcəklərini vurğulayıb.
No Comment! Be the first one.