Zərdabda iki avtomobil toqquşdu: Yaralıların son durumu açıqlanıb
Zərdab rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların son vəziyyəti açıqlanıb.
Hadiseler.info-nun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qoruqbağı kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1951-ci il təvəllüdlü Cavanşir Məmmədovun idarə etdiyi “Opel Astra” markalı avtomobillə 1988-ci il təvəllüdlü İsa Bəxtiyarovun idarə etdiyi “KIA Forte” markalı avtomobil toqquşub.
Qəza nəticəsində hər iki sürücü və “KIA Forte”nin sərnişinləri – 1963-cü il təvəllüdlü Vidadi Bəxtiyarov və 2011-ci il təvəllüdlü Tural Bəxtiyarov müxtəlif dərəcəli xəsarətlər alıblar.
TƏBİB-dən Hadiseler.info-ya verilən məlumata görə, xəsarət alan 4 nəfər saat 09:40-da Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
“Onlara bədənin müxtəlif travmaları diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş olan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. 1 nəfərin müalicəsi isə davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir”, – deyə qurumdan bildirilib.
Faktla bağlı araşdırma aparılır.
No Comment! Be the first one.