Zərdabda dəhşətli qəza: 5 nəfər yanaraq həlak oldu- FOTOLAR- VİDEO
Zərdab rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info APA-ya istinadən xəbər verir ki, dəhşətli qəza Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb.
“KIA” markalı minik avtomobili hərəkətdə olarkən traktorla toqquşub. Zərbənin təsirindən minik maşını alışaraq yanmağa başlayıb. İlkin məlumatlara əsasən, qəza nəticəsində avtomobildə olan azı 5 nəfər yanaraq həyatını itirib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.



No Comment! Be the first one.