Zelenski: Ukraynanın 3 vilayətində enerji obyektləri dağıdılıb
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin üç müxtəlif vilayətində bir neçə enerji infrastruktur obyektinin dağıdıldığını bildirib.
hadiseler.info xəbər verir ki, Zelenski bu barədə özünün “Telegram” kanalında paylaşım edib.
O, Poltava, Nikolayev və Vinnitsa vilayətlərində enerji infrastrukturuna ciddi ziyan dəydiyini və obyektlərin dağıldığını qeyd edib. Ukrayna dövlət başçısı dağıdılan obyektlərin konkret adlarını və ümumilikdə neçə enerji müəssisəsinin zərər gördüyünü tam açıqlamayıb.
No Comment! Be the first one.