Zelim Kotsoyev də Bakıdakı dünya çempionatında medalsız qaldı
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Olimpiya çempionu Zelim Kotsoyev mübarizəni vaxtından əvvəl dayandırıb.
hadiseler.info xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən idmançımız yarışa uğurlu başlayaraq 1/32 finalda Türkmənistan təmsilçisi Baymırat Majanovu, 1/16 finalda isə slovakiyalı Benyamin Mataseyi ipponla məğlub edib.
Lakin Z.Kotsoyev 1/8 final mərhələsində Rusiyanı təmsil edən erməniəsilli idmançı Arman Adamyanla qarşılaşmada uduzaraq medal şanslarını itirib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycanın digər titullu cüdoçusu — Avropa, dünya və Olimpiya çempionu Hidayət Heydərov da 1/8 finalda məğlub olaraq mundialı medalsız başa vurmuşdu.
No Comment! Be the first one.