Zelim Kotsoyev dünya çempionatına qələbə ilə başladı
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Bakıda təşkil olunan dünya çempionatında ilk görüşünü qələbə ilə başa vurub.
hadiseler.info xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/32 final mərhələsində Türkmənistan təmsilçisi Baymırat Majanovu ipponla məğlub edib.
Z.Kotsoyev 1/16 finalda slovakiyalı Benyamin Matasey ilə üz-üzə gələcək.
Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Daha əvvəl yarışda Azərbaycan cüdoçularından Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
No Comment! Be the first one.