12 yaşlı uşaq Şəmkir kanalında batıb+Meyiti çıxarıldı
Samux rayonunda 12 yaşlı azyaşlının su kanalında batması ilə bağlı həyəcanlı xəbər daxil olub.
hadiseler.info xəbər verir ki, hadisə Şəmkir su kanalının Samux rayonunun Qarabağlar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Sudan tapılması gözlənilən şəxsin 2014-cü il təvəllüdlü M. Mudayev olduğu bildirilir.
Hadisə barədə məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dərhal əraziyə cəlb ediliblər. Eyni zamanda hüquq-mühafizə orqanlarının, polis və prokurorluq əməkdaşlarının da iştirakı ilə axın istiqamətində intensiv axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
Məsələ ilə bağlı FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olduğu və axtarışların aralıqsız davam etdirildiyi bildirilib. Hadisənin təfərrüatları ilə bağlı əlavə məlumat veriləcək.
12 yaşlı oğlanın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
No Comment! Be the first one.