12 yaşlı uşaq “Roblox” oyunundakı təsir səbəbindən binadan atılıb
Bakıda azyaşlının ağır yaralanması ilə nəticələnən təhlükəli hadisə baş verib.
hadiseler.info xəbər verir ki, 12 yaşlı uşaq məşhur “Roblox” onlayn oyununda qarşılaşdığı zərərli məzmunlar və psixoloji çağırışların mənfi təsiri altında çoxmərtəbəli binadan özünü atıb. Daxil olan məlumatlara görə, oyun platformasındakı təhlükəli kontent azyaşlının psixoloji vəziyyətini ciddi şəkildə sarsıdıb.
Hadisə nəticəsində ağır xəsarətlər alan uşaq dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı hüquq-mühafizə organları tərəfindən genişmiqyaslı araşdırma aparılır.
No Comment! Be the first one.