13 hərbçini qətlə yetirən psixiatrın edamı ilə bağlı qərar
ABŞ Prezidenti Donald Tramp hərbçiləri kütləvi şəkildə qətlə yetirən mayor, psixiatr Nidal Hasanın edam prosesinin canlı efirdə yayımlanmayacağını bəyan edib.
hadiseler.info xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
“O, planlaşdırıldığı kimi güllələnmə yolu ilə edam ediləcək, lakin bu hadisənin canlı yayımı olmayacaq”, – deyə Tramp qeyd edib.
Ölkə rəhbəri əlavə edib ki, bir çox nüfuzlu şəxs edamın televiziya vasitəsilə göstərilməsinə qarşı çıxış edib.
Xatırladaq ki, ABŞ ordusunun mayoru olan Nidal Malik Hasan 2009-cu il noyabrın 5-də “Fort-Hut” (Fort Hood) hərbi bazasında 13 hərbçini qətlə yetirmiş, 32 nəfəri isə yaralamışdı. 2013-cü ildə ölüm cəzasına məhkum edilən Hasan hazırda Kanzas ştatındakı Levenuort həbsxanasında hökmün icrasını gözləyir.
Dekabrın 3-də “Fort-Hut” bazasında icra olunması nəzərdə tutulan edam ABŞ ordusunda İkinci Dünya müharibəsindən bəri ilk, həmçinin 65 yaşdan yuxarı hərbçiyə tətbiq olunan ilk ölüm hökmü kimi tarixə düşəcək.
No Comment! Be the first one.