Tanınmış rusiyalı jurnalist terrorçular siyahısına salındı
Rusiyalı tanınmış jurnalist Aleksandr Nevzorov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edilib.
hadiseler.info xəbər verir ki, bu barədə Rusiya Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində məlumat yerləşdirilib.
Qeyd edək ki, Aleksandr Nevzorov bundan əvvəl Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici agent” reyestrinə daxil edilmişdi. 2024-cü ilin iyulunda Sankt-Peterburqun Oktyabr rayon məhkəməsi Aleksandr Nevzorovu və həyat yoldaşı Lidiya Nevzorovanı “ekstremist birlik” kimi tanıyıb və onların Rusiya ərazisindəki fəaliyyətini qadağan edib.
No Comment! Be the first one.