43 təyyarə İstanbula enə bilmədi
Türkiyənin İstanbul şəhərində hökm sürən güclü leysan yağışları və şiddətli külək hava nəqliyyatında ciddi problemlərə yol açıb.
hadiseler.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən İstanbul Hava Limanına eniş edə bilməyən 43 təyyarə alternativ aeroportlara yönləndirilib.
Yönləndirilən təyyarələrdən 39-u Türkiyənin digər şəhərlərinə, 4-ü isə xarici ölkələrə – Tehran, Burqas və Afina hava limanlarına istiqamət alıb.
Daxili reyslərin istiqamətləri üzrə bölgüsü:
Ankara Esenboğa: 16 təyyarə
İzmir Adnan Menderes: 10 təyyarə
Sabiha Gökçen: 8 təyyarə
Balıkesir Koca Seyit: 2 təyyarə
Çanaqqala: 2 təyyarə
Antalya: 1 təyyarə
Şiddətli külək Sabiha Gökçen Hava Limanında da uçuşların müvəqqəti dayandırılmasına səbəb olub. Saat 21:42-də dayandırılan uçuş operasiyaları 22:02-də bərpa edilib. Bu qısa fasilə ərzində eniş edə bilməyən 3 təyyarə Ankara Esenboğa aeroportuna yönləndirilib.
No Comment! Be the first one.