Nepalda möcüzəvi xilasetmə: 6 yaşlı qız 3 gün dağıntılar altında qalandan sonra sağ çıxarıldı – VİDEO
Nepalda şiddətli daşqın və torpaq sürüşmələrinin vurduğu fəsadlar fonunda möcüzəvi xilasetmə hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, Rasuva rayonunda polis əməkdaşları fəlakətdən üç gün sonra torpaq və dağıntılar altında sağ qalan 6 yaşlı qızı xilas etməyə müvəffəq olublar.
“India Today” tərəfindən paylaşılan və sosial şəbəkələrdə böyük əks-səda doğuran görüntülərdə xilasedicilərin fədakarlığı öz əksini tapıb. Xilas edilən azyaşlı dərhal hava yolu ilə Katmandudakı xəstəxanaya təxliyə olunub. Hazırda həkimlər onun müalicəsini davam etdirirlər.
No Comment! Be the first one.