“Sabah”ın “Mançester Yunayted” ilə oyunu sükutla başlayacaq – SƏBƏB
UEFA Çempionlar Liqasının 2026/27-ci illər mövsümünün liqa mərhələsinin ilk tur qarşılaşmaları bir dəqiqəlik sükutla başlayacaq.
hadiseler.info xəbər verir ki, UEFA-nın rəsmi saytında yayımlanan bu qərar Nepalda baş vermiş dağıdıcı daşqınlar zamanı həyatını itirən insanların xatirəsini yad etmək məqsədilə qəbul olunub.
Turnir çərçivəsində bütün komandalar meydançaya “Sən tək deyilsən, Nepal!” şüarı əks olunan xüsusi pankartlarla çıxacaqlar. UEFA prezidenti Aleksander Çeferin Avropa futbol ailəsinin Nepal xalqının kədərini bölüşdüyünü və onlara dəstək olduğunu bildirib.
İlk turun oyunları sentyabrın 8-10-u tarixlərində keçiriləcək. Azərbaycan təmsilçisi “Sabah” turnirdəki ilk oyununu sentyabrın 10-da Bakı vaxtı ilə saat 23:00-da İngiltərənin “Old Trafford” stadionunda “Mançester Yunayted”ə qarşı keçirəcək.
No Comment! Be the first one.