Rusiyada neft bazası yenidən alovlandı- VİDEO
Rusiyanın Soçi şəhərində bu yaxınlarda hücuma məruz qalan neft bazasında təkrar yanğın baş verib.
hadiseler.info xəbər verir ki, sentyabrın 4-də vurulan strateji obyekt az əvvəl yenidən alovlanmağa başlayıb.
Yanğın nəticəsində şəhəri güclü və qatı tüstü bürüyüb. Yaranmış vəziyyətlə əlaqədar yerli sakinlərə ehtiyatlı olmaq və pəncərələri sıx bağlamaq barədə xəbərdarlıq edilib.
Ərazidə yanğının söndürülməsi və alovun genişlənməsinin qarşısının alınması istiqamətində işlər davam etdirilir.
No Comment! Be the first one.