Regional kolleclərə yeni direktor müavinləri təyin olundular
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, Lətifə Sadıqova Şamaxı Dövlət Regional Kollecinə tərbiyə işləri üzrə, Fatimə Məmmədova isə Astara Pedaqoji Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
hadiseler.info xəbər verir ki, Lətifə Sadıqova Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr məzunudur və hazırda ADA Universitetində magistr təhsilini sürdürür. O, əvvəllər Qobustan şəhər 1 nömrəli tam orta məktəbində, daha sonra isə Bakı İlahiyyat Kollecində riyaziyyat və informatika müəllimi kimi fəaliyyət göstərib, STEAM və rəqəmsal bacarıqlar üzrə layihələrdə iştirak edib.
Astara Pedaqoji Kollecinə təyinat alan Fatimə Məmmədova isə Bakı Slavyan Universitetinin bakalavr, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Menecment” ixtisası üzrə ikinci bakalavr dərəcələrinə yiyələnib. O, Bakı İstanbul Liseyi də daxil olmaqla, müxtəlif təhsil müəssisələrində rus dili və ədəbiyyatı fənnini tədris edib, tədrisin idarə olunması və qiymətləndirilməsi sahəsində təcrübə toplayıb.
No Comment! Be the first one.