Bu gün Beynəlxalq Jurnalistlər Həmrəyliyi Günüdür
Sentyabrın 8-i bütün dünyada Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü kimi qeyd olunur.
hadiseler.info xəbər verir ki, dünya mediası üçün böyük əhəmiyyət kəsb edən bu əlamətdar tarixin təsis olunması barədə qərar 1958-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV Konqresində qəbul edilib.
Xüsusi gün 1943-cü il sentyabrın 8-də faşistlər tərəfindən qətlə yetirilmiş məşhur çexiyalı jurnalist, publisist və ictimai xadim Yulius Fuçikin xatirəsinə həsr olunub. Bu tarix bütün dünyada mətbuat azadlığının, peşə həmrəyliyinin və obyektiv informasiya mübarizəsinin rəmzi sayılır.
No Comment! Be the first one.