MMA döyüşçüsü Zəlimxan Yusupov həbs edilib
Məşhur pop-MMA döyüşçüsü, 33 yaşlı Zəlimxan Yusupov Moskvada sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılıb.
hadiseler.info xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Yusupovun idarə etdiyi “Hongqi H5” markalı avtomobili saxlayıblar. Əvvəllər də tibbi müayinədən imtina etməkdə ittiham olunan döyüşçü bu dəfə də analoji davranış nümayiş etdirib. Baş verən insidentlə bağlı idmançıya qarşı cinayət işi açılıb.
Qeyd edək ki, Zəlimxan Yusupov idman nailiyyətləri ilə yanaşı, tez-tez qalmaqallı insidentlərlə də gündəmə gəlir. O, 2022-ci ildə Dağıstanda həmkarı ilə mübahisədən sonra döyülüb, elə həmin ilin sonlarında Moskva vilayətində belaruslu kikboksçuya hücum edib. 2024-cü ildə isə idmançı növbəti kütləvi dava zamanı güllə yarası alıb.
No Comment! Be the first one.