Yaponiyada rekord leysan: Naqoyada 2 milyon insan təxliyə olunur – VİDEO
Yaponiyanın Aiti prefekturasında iki gündür davam edən şiddətli leysan yağışları həyatı iflic edib. Naqoya şəhərində yağıntının miqdarı saatda 104.5 mm-ə çataraq rekord həddə yüksəlib.
hadiseler.info “Yomiuri” nəşrinin yaydığı məlumata istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları 2 milyona yaxın sakinin təxliyə olunması barədə qərar qəbul edib.
Şəhərin Sakae rayonunda yollar su altında qalıb, nəqliyyatın, eləcə də Naqoya bələdiyyə metrosunun fəaliyyəti tamamilə dayandırılıb. Evlərinə qayıda bilməyən sakinlər üçün mərkəzi vağzal yaxınlığında və müxtəlif ərazilərdə müvəqqəti sığınacaqlar yaradılıb. Yaponiya Meteorologiya Xidməti Şonay çayı ilə bağlı ən yüksək — “beşinci dərəcəli xüsusi daşqın xəbərdarlığı” elan edib. Məlumata görə, 2 yeraltı keçid su altında qalsa da, hələlik xəsarət alanlar barədə məlumat daxil olmayıb.
No Comment! Be the first one.