Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb- VİDEO
Bakının Biləcəri qəsəbəsində fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar müəyyən edilib.
hadiseler.info xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, ev 9 ünvanında yerləşən və fiziki şəxs Səxavət Sərdər oğlu Qaragözova məxsus çörək emalı müəssisəsində plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi və sanitariya-gigiyena tələblərinin pozulduğu aşkarlanıb. Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, həmçinin uyğunsuzluqların aradan qaldırılması üçün icrası məcburi olan göstərişlər verilib.
No Comment! Be the first one.