Timsah zoopark işçisini ziyarətçilərin gözü qarşısında parçaladı- VİDEO
Papua-Yeni Qvineyada zoopark əməkdaşının faciəvi ölümü ilə nəticələnən dəhşətli hadisə baş verib.
hadiseler.info “ABC Australia” portalına istinadən xəbər verir ki, zoopark işçisi yırtıcıya yem vermək üçün əlində toyuqla qəfəsə daxil olub. Lakin bu zaman iriölçülü timsah qəfil ona hücum edərək ayaqlarından yapışıb və suya sürükləyib.
Ziyaratçilərin gözü qarşısında baş verən hadisə zamanı işçi hovuzun kənarından tutaraq xilas olmağa çalışıb, ətrafdakılar da ona kömək etməyə cəhd göstəriblər. Hadisə yerinə gələn polis əməkdaşları zərərçəkəni azad etmək üçün timsahı atəş açaraq vurmaq məcburiyyətində qalıblar. Bir ayağı qopan işçi ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faciədən sonra zooparkın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
No Comment! Be the first one.