Cinayət işi açılan sabiq baş konsul Azər Qasımovun qardaşı imiş
Barəsində cinayət işi açılan sabiq baş konsul Sultan Qasımovla bağlı yeni fakt məlum olub.
hadiseler.info “Lent.az”a istinadən xəbər verir ki, o, Azərbaycan Prezidentinin keçmiş mətbuat katibi Azər Qasımovun qardaşıdır.
Qeyd edək ki, Azər Qasımov 2025-ci ildə Prezidentin mətbuat katibi vəzifəsindən azad edilib. Barəsində cinayət işi açılan sabiq baş konsul Sultan Qasımov isə külli miqdarda qızıl qaçaqmalçılığında təqsirləndirilir və onun işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
No Comment! Be the first one.