Aleksa Yankoviç “Turan Tovuz”da!
“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.
hadiseler.info xəbər verir ki, Tovuz təmsilçisi serbiyalı yarımmüdafiəçi Aleksa Yankoviçi heyətinə qatıb.
Son olaraq “Sumqayıt”ın şərəfini qoruyan 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Serbiya təmsilçiləri “Partizan”, “Çukariçki” və “Vozdovaç” kimi klublarda da çıxış etmiş yarımmüdafiəçi artıq yeni komandasının uğurları üçün çalışacaq.
No Comment! Be the first one.