Konqoda Ebola təhlükəsinə yoluxanların sayı 7 000-i keçdi
Konqo Demokratik Respublikasında (KDR) tüğyan edən Ebola epidemiyası sürətlə yayılmaqda davam edir.
hadiseler.info xəbər verir ki, hökumətin açıqladığı son rəsmi hesabatda Ebola virusuna təsdiqlənmiş yoluxma sayının 7 min nəfəri keçdiyi bildirilib.
Səhiyyə orqanlarının sentyabrın 10-na olan məlumatına görə, ölkə üzrə ümumilikdə 7 022 təsdiqlənmiş yoluxma və 3 398 ölüm halı qeydə alınıb. Xəstəlikdən ölüm göstəricisi 48,4 faiz təşkil edir. İndiyədək 1 671 pasiyent isə müalicə olunaraq sağalıb.
Epidemiya artıq 7 əyalətin 62 səhiyyə zonasını əhatə edib. Son olaraq Sud-Ubangi əyalətində Cənubi Kivudan gələn 23 yaşlı kişinin virusdan ölməsi ilə bu bölgə də epidemiyanın yayıldığı zonalar sırasına daxil olub. May ayında başlayan bu epidemiya Konqo tarixinin ən böyük və ölümcül Ebola dalğası, dünyada isə 2014-2016-cı illərdən sonra ikinci ən böyük epidemiya sayılır.
No Comment! Be the first one.