Şirvanda oğurluq edən şəxs saxlanılıb – VİDEO
Şirvan şəhərində inşaat materiallarının satışı mağazalarının birindən iri məbləğdə pul oğurlanıb.
hadiseler.info xəbər verir ki, mağazadan 18 327 manat və 800 ABŞ dolları nəqd pul ələ keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən əvvəllər də məhkum olunmuş 35 yaşlı Valid Əhmədov saxlanılıb.
Aparılan araşdırmalar zamanı V.Əhmədovun bu oğurluğu qabaqcadan planlaşdırdığı, hadisə vaxtı tanınmamaq üçün maska və əlcəkdən istifadə etdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Valid Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.
No Comment! Be the first one.